İsveçrə millisinin üzvü “Qalatasaray”ın hədəfində

İsveçrə millisinin üzvü “Qalatasaray”ın hədəfində

“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji karyerasını Türkiyədə davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, “Qalatasaray” isveçrəli futbolçunu transfer etmək istəyir.

“Sarı-qırmızılar” Akanji üçün “şəhərlilər”lə danışıqlara başlamağa hazırlaşır.

30 yaşlı mərkəz müdafiəçisi “Qalatasaray”dan 7,5 milyon avro maaş tələb edir.

Qeyd edək ki, “Mançester Siti” Manuel Akanjini 2022-ci ildə “Borussiya”dan transfer edib. İsveçrə millisinin üzvü ötən mövsüm komandasının heyətində çıxdığı 40 rəsmi oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.