"Fənər"in Çempionlar Liqasındakı rəqibi bəlli olub

"Fənər"in Çempionlar Liqasındakı rəqibi bəlli olub

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

QELEBE.AZ xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.

"Fənərbaxça"nın bu mərhələdəki rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi Niderlandın "Feyenoord" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.