Konfrans Liqası: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
QELEBE.AZ xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.
Püşkdə Azərbaycan təmsilçiləri "Zirə", "Sabah" və "Araz-Naxçıvan"ın da potensial rəqibləri bəlli olub.
"Zirə"nin bu mərhələdəki mümkün rəqibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi olacaq.
"Araz-Naxçıvan" "Aris" (Yunanıstan) səddini adlamağı bacarsa, "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.
"Sabah" isə "Petrokub"u mübarizədən kənarlaşdırsa, "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə üz-üzə gələcək.

https://qalaba.az//uploads/photo/konfrans-liqasi-temsilchilerimizin-potensial-reqibleri-belli-oldu-yenilenib.webp