"İnter"in forvardı Serbiya klubunda - RƏSMİ

"İnter"in forvardı Serbiya klubunda - RƏSMİ

“İnter”dən ayrılan Marko Arnautoviçin gələcəyinə aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, avstriyalı hücumçu “Srvena Zvezda”ya transfer olub.

Bu barədə Serbiya klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 36 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Forvard yeni komandasında 89 nömrəli forma ilə çıxış edəcək.

Arnautoviç ötən mövsümdə 28 oyunda 7 qol vurub.