ABF rəsmisi: "Türkiyə klubu ilə mümkün əlaqələr Azərbaycanda qadın basketbolunun inkişafı baxımından önəmlidir"

ABF rəsmisi: "Türkiyə klubu ilə mümkün əlaqələr Azərbaycanda qadın basketbolunun inkişafı baxımından önəmlidir"

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Türkiyənin "Nəsibə Aydın" klubu arasında mümkün əlaqələr Azərbaycanda qadın basketbolunun inkişafı baxımından əhəmiyyətlidir.

Bunu “QELEBE.AZ”a açıqlamasında ABF-nin icraçı vitse-prezidenti Fərrux Mahmudov deyib.

O, görüşün çox gözəl alındığını vurğulayıb:

“İlk öncə qeyd edim ki, qardaş Türkiyə təmsilçisi "Nəsibə Aydın" klubunun prezidenti və digər klub nüməyəndələri ilə görüşümüz çox gözəl alındı. Türkiyənin qadın basketbolundakı uğurlu təcrübəsi bizim üçün dəyərli bir örnəkdir. "Nəsibə Aydın" klubu ilə gələcəkdə qurula biləcək mümkün əlaqələr Azərbaycanda qadın basketbolunun inkişafı baxımından əhəmiyyətlidir”.

İcraçı vitse-prezident qarşı tərəfə hədəflər barədə məlumat verildiyini söyləyib:

“Görüş əsnasında biz qarşı tərəfə müxtəlif yaş qruplarındakı qadın basketbolçularımız üçün beynəlxalq səviyyədə oyun təcrübəsi, daha yüksək hazırlıq imkanları qazandırmağı hədəflədiyimizi söylədik. Qarşılıqlı olaraq təklifləri dəyərləndirməklə regional səviyyədə qadın basketbolunun rəqabət gücünü artırmaq istəyirik. Qızlarımız üçün təcrübə mübadiləsi, təlim proqramları və beynəlxalq turnirlər çox önəmlidir və biz bu sahədəki bütün təşəbbüsləri gələcəyə yönəlmiş real planlar kimi qiymətləndiririk”.

Qeyd edək ki, ABF prezidenti Emin Əmrullayev və qurumun rəsmiləri ilə Türkiyənin tanınmış qadın basketbol klublarından biri olan "Nəsibə Aydın"ın prezidenti Mirkan Aydın, bu klubun nümayəndələri arasında Bakıda görüş keçirilib.

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb