Azərbaycan gimnastı: "Dünya Kuboku seriyasında nəticələrimiz uğurlu oldu"

Azərbaycan gimnastı: "Dünya Kuboku seriyasında nəticələrimiz uğurlu oldu"

Dünya Kuboku seriyasında nəticələr Azərbaycanın akrobatika gimnastları üçün uğurlu olub.

Bunu “Report”a açıqlamasında Azərbaycan gimnastı Murad Rəfiyev deyib.

O, yarışdan öncə uğur qazanacaqlarını gözlədiyini söyləyib:

“Sonuncu Dünya Kubokunda nəticələr bizim üçün uğurlu oldu. Yarışı gümüş medalla başa vurduq. Bu, cari mövsümdəki son belə yarışımız idi. Mövsüm ərzində keçirilən bütün dünya kuboklarının nəticələri ümumiləşdirildi və 96 xalla seriyanın qalibi olduq. Yarışdan öncəki hazırlıqlarımıza əsaslanaraq qızıl və ya gümüş medal qazanacağımızı və ümumi seriyanın qalibi olacağımızı gözləyirdik. Sonda elə də oldu”.

M.Rəfiyev növbəti planlar barədə məlumat verib:

“Qarşıda bizi dörd ildən bir keçirilən Dünya Oyunları gözləyir. Bu yarışa çox ciddi şəkildə hazırlaşırıq ki, ölkəmizə medalla qayıdaq”.

Qeyd edək ki, Azərbaycanın akrobatika gimnastikası üzrə kişi cütlüyü (Murad Rəfiyev - Daniel Abbasov) Beynəlxalq Gimnastika Federasiyası tərəfindən Purs, Burqas, Bakı və Jeşuvda keçirilən mərhələlərdə yüksək nəticələr göstərərək Dünya Kuboku seriyasının qalibi olub.

Fərdi
“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

Fərdi
Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
"Mingəçevir Reqatası"nda ilk qalib bəlli olub

"Mingəçevir Reqatası"nda ilk qalib bəlli olub

Fərdi
Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

Fərdi
Maqnus Karlsen yenə dünya çempionu olub

Maqnus Karlsen yenə dünya çempionu olub

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Fərdi
Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"