Azərbaycan gimnastı: "Dünya Kuboku seriyasında əsas məqsəd ilk iki pillədən birini tutmaq idi"

Azərbaycan gimnastı: "Dünya Kuboku seriyasında əsas məqsəd ilk iki pillədən birini tutmaq idi"

Azərbaycanın akrobatika gimnastlarının Dünya Kuboku seriyasında əsas məqsədi ilk iki pillərədən birini tutmaq olub.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın akrobatika gimnastı Daniel Abbasov deyib.

O, yarışı uğurlu nəticə ilə bitirdiklərini söyləyib: “Məqsədimiz Dünya Kubokunda ilk iki pillədən birini tutmaq idi və bunun üçün çox çalışdıq. Son yarışı gümüş medalla başa vurduq. Bizim üçün uğurlu nəticə sayılır. Yarışdan öncə də çıxışımızı ən yüksək səviyyədə təqdim etmək üçün bütün gücümüzlə çalışırdıq. Nəticə həm bizi, həm də komandamızı çox sevindirdi”.

D.Abbasov qarşıdan gələn Dünya Oyunlarında da yaxşı nəticə göstərəcəklərinə inanır:

“Avqustda keçiriləcək Dünya Oyunlarına hazırlaşırıq. İnanıram ki, həmin yarışda da yaxşı nəticə göstərəcəyik”.

Qeyd edək ki, Azərbaycanın akrobatika gimnastikası üzrə kişi cütlüyü (Murad Rəfiyev - Daniel Abbasov) Beynəlxalq Gimnastika Federasiyası tərəfindən Purs, Burqas, Bakı və Jeşuvda keçirilən mərhələlərdə yüksək nəticələr göstərərək Dünya Kuboku seriyasının qalibi olublar.

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
Federer karyerasını məğlubiyyətlə başa vurub

Federer karyerasını məğlubiyyətlə başa vurub

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb