Çempionlar Liqası: "Qarabağ" səfərdə "Şelburn"a böyük hesabla qalib gəlib - YENİLƏNİB-6

Çempionlar Liqası: "Qarabağ" səfərdə "Şelburn"a böyük hesabla qalib gəlib - YENİLƏNİB-6

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.

“QELEBE.AZ”un məlumatına görə, Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

00:30

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında üçüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi üç topa yüksəldib - 3:0.

Qarşılaşmanın 85-ci dəqiqəsində Nəriman Axundzadə meydan adını tabloya yazdırıb.

00:26

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi iki topa yüksəldib - 2:0.

Qarşılaşmanın 81-ci dəqiqəsində Aleksey Kaşuk meydan sahiblərini cəzalandırıb.

23:49

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" maçtında ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu 1:0 hesabı ilə öndədir.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

23:32

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında ilk hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

22:57

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu hesabda irəli çıxıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

22:45
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçı start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma Dublindəki "Tolka Park" stadionunda keçirilir.

Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib

Futbol
Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Futbol
Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Futbol
PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Futbol
“Neftçi”nin futbolçusu: “Doğmalarımın necə xoşbəxt olduqlarını təsəvvür edirəm”

“Neftçi”nin futbolçusu: “Doğmalarımın necə xoşbəxt olduqlarını təsəvvür edirəm”

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Futbol
"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb