"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib
Türkiyəli futbol hakimi Özgüç Türkalp karyerasını başa vurub.
"Report" DHA-ya istinadən xəbər verir ki, 49 yaşlı referi Türkiyə Super Liqasının XVI turunda keçirilən "Sivasspor" – "Qalatasaray" oyunundan sonra bu addımı atıb.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.
Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb. Həmin matçın VAR hakimi məhz Özgüç Türkalp olub.

https://qalaba.az//uploads/photo/sivasspor-qalatasaray-oyununun-var-hakimi-karyerasini-bitirib.webp











