Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri Sinqapurda konqresdə iştirak ediblər

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri Sinqapurda konqresdə iştirak ediblər

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev və baş katibi Oqtay Atayev Sinqapurda keçirilmiş Beynəlxalq Su İdman Növləri Federasiyasının (World Aquatics) konqresində iştirak ediblər.

Bu barədə "QELEBE.AZ"a ASF-nin mətbuat xidmətindən bildirilib.

Tədbir çərçivəsində müxtəlif çıxışlar, müzakirələr, görüşlər və WA bürosuna seçkilər baş tutub. ASF rəhbərliyi üçün konqres həm də beynəlxalq əlaqələrin genişləndirilməsi, tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsi və gələcək əməkdaşlıqlar baxımından önəm daşıyır.

Zaur Əliyev WA prezidenti Hüseyn Əl-Müsəlləm, vitse-prezidenti və Avropa Su İdman Növləri Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva, EA vitse-prezidentləri Yosip Varvodiç və Erkan Yalçın, Asiya Olimpiya Şurasının Mərkəzi Asiya üzrə vitse-prezidenti Otabek Umarov, eləcə də Belarus Üzgüçülük Federasiyasının prezidenti Olqa Brusnikina ilə görüşlər keçirib.

WA Konqresi Beynəlxalq Su İdman Növləri Federasiyasının ali idareətmə toplantısıdır. Burada üzv ölkələrin nümayəndələri iştirak edir və təşkilatın gələcək strategiyası və siyasəti, idarəetmə və struktur islahatları, beynəlxalq yarışlar və qaydalar müzakirə olunur. Adətən konqres dünya çempionatı və ya Olimpiya Oyunları zamanı təşkil edilir.

Hazırda konfransla paralel Sinqapurda su idman növləri üzrə dünya çempionatı keçirilir. Üzgüçülük üzrə Azərbaycan milli komandası bu yarışda Ramil Vəlizadə və Süleyman İsmayılzadə ilə təmsil olunub. Onları baş məşqçi Rəşad Əbdürəhmanov və məşqçi Ruslan Hətəmxanov müşayiət edir. Prezident milli komandayla görüşüb, ətraflı söhbət edib, idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, yarış 3 avqustadək davam edəcək. Ümumilikdə çempionatda 200-dan çox ölkədən 2500-dək idmançı iştirak edir.

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Fərdi
Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Fərdi
Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

Fərdi
Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb