MOK rəsmisi: "Domingesin rəqibinin müsbət nəticələnən dopinq testinin Paris-2024-ə aidiyyəti yoxdur"

MOK rəsmisi: "Domingesin rəqibinin müsbət nəticələnən dopinq testinin Paris-2024-ə aidiyyəti yoxdur"

Azərbaycan boksçusu Alfonso Domingesi Paris Yay Olimpiya Oyunlarının finalında məğlub edən özbəkistanlı Lazizbek Mullacanovun müsbət nəticələnən dopinq testinin ötən il Fransada keçirilmiş yarışa aidiyyəti yoxdur.

Bunu “Report”a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev bildirib.

Qurum rəsmisi nümunənin Yay Olimpiya Oyunlarından sonra verilən testin nəticəsi olduğunu vurğulayıb:

“Bu, olimpiadadan sonra götürülən testin nümunəsidir. Yəni Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarına aid deyil. İdmançının B nümunəsinə də baxılacaq. Bu, sonuncu - iyulun 11-də verilən testlə bağlıdır. Ona görə də bununla bağlı hələlik heç bir proses yoxdur. Sonra araşdıracaqlar, ya yox - bunu bilmirik. Bu artıq antidopinq komissiyasının işidir. Faktiki bu nümunələrin olimpiadaya aidiyyəti yoxdur”.

Qeyd edək ki, L.Mullacanov Paris-2024-də 92 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həlledici görüşdə Azərbaycan millisinin üzvü Alfonso Domingesə qalib gəlib.

26 yaşlı idmançının dopinq testi metasteron - əzələ kütləsinin sürətli artımına, həmçinin dözümlülük və fiziki gücün artmasına kömək edən sintetik anabolik steroid - üçün müsbət nəticə verib.

Mullacanovdan nümunə iyunun 11-də götürülüb. İndi onun B nümunəsinin analizini tələb etmək hüququ var. B nümunəsinin nəticəsi birinci nümunənin məlumatlarını təsdiqləsə, idmançı antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya ediləcək.

Fərdi
Portuqaliyalı məşqçi: “Azərbaycan gimnastikasında çox gözəl inkişaf gedir”

Portuqaliyalı məşqçi: “Azərbaycan gimnastikasında çox gözəl inkişaf gedir”

Fərdi
Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Fərdi
Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Fərdi
Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Fərdi
Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Fərdi
"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

Fərdi
Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Fərdi
Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"