Masazırda qol yağışı - YENİLƏNİR

Masazırda qol yağışı  - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" növbəti görüşünə çıxacaq.

Komanda Moldova "Petrokub"unu qəbul edəcək.

Təmsilçimiz ilk görüşdə 2:0 hesablı qələbə qazanıb.

Cütün qalibi Avropa Liqasının II təsnifat mərhələsinin “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) duelinin məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab görüşü
20:00. "Sabah" - "Petrokub" 4:1

Qol: C. Mikels 22, 28, 44, Steve Solvet 42, Şafranko 47