“Qalatasaray”da növbəti ayrılıq

“Qalatasaray”da növbəti ayrılıq

"Qalatasaray"da ayrılıq baş verəcək.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Przemislav Frankovski komandanı tərk edəcək.

O, karyerasını Fransada davam etdirəcək. "Sarı-qırmızılılar" futbolçunun keçidi barədə "Renn"lə danışıqlara start verib.

Qeyd edək ki, o, 2025-ci ilin qışından "Qalatasaray"da çıxış edir.