KL: "Sabah"ın potensial rəqibləri bəlli olur - YENİLƏNİR

KL: "Sabah"ın potensial rəqibləri bəlli olur - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olacaq.

"Sabah" I qrupun səpələnməmişləri arasında qərarlaşacaq. Komandamız "Levski" səddini adlayarsa, "AZ Alkmaar", "Vaduts", "Anderlext",  "Şeriff", "Luqano", "Selye", "Rayo Valyekano", "Rasinq" kimi klublardan biri ilə qarşılaşacaq.

I Qrup
Səpələnmişlər

1: "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn)
2: "Anderlext" (Belçika) - "Şeriff" (Moldova)
3: "Luqano" (İsveçrə) - "Selye" (Sloveniya)
4: "Rayo Valyekano" (İspaniya)
5: "Rasinq" (Fransa)

Səpələnməmişlər
6: "Klaksvik" (Farer Adaları) - "Neman" (Belarus)
7: "Vikinqur" (İslandiya) - "Bröndbü" (Danimarka)
8: "Aris" (Limassol, Kipr) - AEK (Yunanıstan)
9: "Baník" (Çexiya) - "Avstriya" (Vyana, Avstriya)
10: "Levski" (Bolqarıstan) - "Sabah" (AZƏRBAYCAN)