“Araz-Naxçıvan” – “Omoniya” oyununun biletləri satışa çıxarılıb
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) oyununa biletlər satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq, 1 və 2 manatdır.
Biletləri hər gün saat 10:00-dan 21:00-dək “Liv Bona Dea Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, avqustun 7-də “Liv Bona Dea Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/araz-naxchivan-omoniya-oyununun-biletleri-satisha-chixarilib.webp