"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"

"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"

"Qarabağ" güclü rəqibdir.

"Report" xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis Ağdam təmsilçisinin güclü rəqib olduğunu bildirib:

"Öz gücümüzə inanırıq. Ümid edirik ki, Çempionlar Liqasında yolumuza davam edəcəyik. "Qarabağ" güclü rəqibdir. Amma bizim də yüksək keyfiyyətə malik futbolçularımız var. Növbəti raunda vəsiqə qazanmağa çalışacağıq. Bunun üçün şansımız var. Bu oyuna maksimum köklənməli və aqressiv olmalıyıq. Hər fürsətdən istifadə etməliyik. İlk matç hər şeyi həll etməyəcək. Lakin Bakıdakı cavab qarşılaşması öncəsi sərfəli nəticə əldə etmək istəyirik".

O, II təsnifat mərhələsində qarşılaşdıqları Rumıniyanın FCSB kollektivi ilə "Qarabağ"ı müqayisə etmək istəməyib:

"Qurban Qurbanov 17 ildir ki, "Qarabağ"ın baş məşqçisi kimi çalışır. Heyətdə elə futbolçular var ki, 5-6, hətta 7 ildir ki, bu klubun şərəfini qoruyur və bir-birilərini çox yaxşı anlayırlar. Onları görüşün favoriti hesab etmək olar. Lakin bəzən işlər meydanda fərqli olur. Rəqibimiz yaxşı komandadır və futbola ciddi investisiya yatırırlar".

Qeyd edək ki, avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.

Futbol
"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

Futbol
“Neftçi”nin yoxlama görüşü ləğv olunub

“Neftçi”nin yoxlama görüşü ləğv olunub

Futbol
Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni, "Qarabağ" "Qəbələ"ni qəbul edəcək

Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni, "Qarabağ" "Qəbələ"ni qəbul edəcək

Futbol
"İnter"in müdafiəçisi: "Azərbaycan yığması ilk hissədə bizdən yaxşı oynadı"

"İnter"in müdafiəçisi: "Azərbaycan yığması ilk hissədə bizdən yaxşı oynadı"

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb

Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb

Futbol
FIFA yeni turnir keçirəcək

FIFA yeni turnir keçirəcək

Futbol
“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

Futbol
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Futbol
"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

Futbol
"Dinamo" Mahir Emreli ilə müqaviləni pozmaq istəyib

"Dinamo" Mahir Emreli ilə müqaviləni pozmaq istəyib

Futbol
FIFA Seneqal Futbol Federasiyasını cərimələyib

FIFA Seneqal Futbol Federasiyasını cərimələyib