ÇL: “Qarabağ” “Şkendiya”ya qarşı - YENİLƏNİR

ÇL: “Qarabağ” “Şkendiya”ya qarşı - YENİLƏNİR

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsində ilk matçını səfərdə keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Şimali Makedoniyada "Şkendiya" ilə qarşılaşacaq. Matç saat 22:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
22:00. “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan)