"Qarabağ"ın baş məşqçisi: "Şkendiya"ya səfərdə qalib gəlmək çox vacib idi"

"Qarabağ"ın baş məşqçisi: "Şkendiya"ya səfərdə qalib gəlmək çox vacib idi"

"Şkendiya"ya səfərdə qalib gəlmək çox vacib idi.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə qazanılan qələbəyə görə sevincli olduqlarını bildirib:

"Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox oldu. Lakin yekunda lazım olan nəticəni qazana bildik. "Şkendiya" barədə ancaq xoş sözlər deyə bilərəm. Çempionlar Liqasının II təsnifat mərəhləsində Rumıniyanın FCSB komandasına qarşı gözəl çıxış etmişdilər. Belə komanda ilə səfər matçından qalibiyyətlə dönmək sevindirici haldır. Bakıda bu rəqibə qarşı daha diqqətli oyun sərgiləməliyik. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var".

O, qarşılaşmanın baş tutduğu "Todor Proeski” stadionunda ab-havanın möhtəşəm olduğunu söyləyib:

"Belə yaxşı stadionda bu qədər azarkeşin olması matçı daha da gözəlləşdirdi. Bu ab-hava “Şkendiya”ya da əlavə motivasiya vermişdi. Gözəl atmosferə və baxımlı oyuna görə həm yerli azarkeşlərə, həm də rəqib komandaya təşəkkür edirəm”.

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Futbol
"Milan"ın futbolçusunun evi qarət olunub

"Milan"ın futbolçusunun evi qarət olunub

Futbol
Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib

Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib

Futbol
"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

Futbol
Abdullah Zubir: "İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun"

Abdullah Zubir: "İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun"

Futbol
"İnter"in müdafiəçisi: "Azərbaycan yığması ilk hissədə bizdən yaxşı oynadı"

"İnter"in müdafiəçisi: "Azərbaycan yığması ilk hissədə bizdən yaxşı oynadı"

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edəcək

PSJ Messiyə yeni müqavilə təklif edəcək

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Futbol
Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Futbol
Serxio Buskets milli karyerasını bitirib

Serxio Buskets milli karyerasını bitirib

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Futbol
Messi gələn yay "Barselona"ya qayıdacaq

Messi gələn yay "Barselona"ya qayıdacaq