Bokçularımız Şamaxıda təlim-məşq toplanışına başlayıb
Kişi və qadın boksçulardan ibarət Azərbaycan milliləri hazırlığın növbəti mərhələsinə start verib.
QELEBE.AZ xəbər verir ki, hər iki komandamız Şamaxıda təlim-məşq toplanışına başlayıb.
Hazırlıqda 20-dək boksçu iştirak edir. Onlar arasında gənclərdən ibarət yığmadan da dəvət olunanlar var.
Toplanış 10 gün davam edəcək.
Qeyd edək ki, məşqlər dünya çempionatına hazırlıq xarakteri daşıyır.

https://qalaba.az//uploads/photo/bokchularimiz-shamaxida-telim-meshq-toplanishina-bashlayib.webp