"Sabah"ın baş məşqçisi: "Levski" ilə cavab oyununda qələbə qazanacağımıza inanıram"

"Sabah"ın baş məşqçisi: "Levski" ilə cavab oyununda qələbə qazanacağımıza inanıram"

"Sabah" "Levski"yə qarşı cavab matçında qələbə qazanacaq.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski"yə (Bolqarıstan) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qələbə münasibəti ilə rəqib komandanı təbrik edib:

"Matç kifayət qədər çətin keçdi və bu cür olacağını əvvəlcədən bilirdik. Planlı şəkildə mübarizə aparırdıq və futbolçularımız son dəqiqəyə qədər bunu bacarılar. Təəssüf ki, qarşılaşmanın son saniyəsində qapımızda qol gördük. "Levski" yüksək səviyyəli komandadır. İlk hissədə oyuna nəzarət bizim tərəfimizdə idi.. Ümumilikdə onu deyə bilərəm ki, bərabər səviyyəli görüş oldu. İkinci hissədə fərqlənmək üçün şanslarımız vardı. Cavab matçında qələbə qazanacağımıza inanıram".

O, görüşün ikinci hissəsində rəqib komandanın baş məşqçisinin "Sabah"a qarşı fərqli taktika seçdiyini söyləyib:

"İkinci hissədə rəqib baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizi pressinqdən kənarlaşdırmaq üçün yollar axtaracağını gözləyirdik və elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və “Levski” üstünlük qazandı. Amma bundan sonra öz həll yollarımızı tapdıq və oyunun bərabər səviyyədə davam etdiyini düşünürəm. Və əlbəttə, stadiondakı atmosfer möhtəşəm idi. Bu, ev sahibi komanda üçün böyük üstünlük sayılırdı. Düşünürəm ki, əgər stadionda bu atmosfer olmasaydı, fərqli nəticə ola bilərdi".

Qeyd edək ki, "Levski" - "Sabah" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı avqustun 14-də keçiriləcək

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Futbol
"Neftçi" gecikməyə, "Sumqayıt" suya, "Səbail" himnə görə cərimələnib

"Neftçi" gecikməyə, "Sumqayıt" suya, "Səbail" himnə görə cərimələnib

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Futbol
Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Futbol
UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

Futbol
Benzema Fransa millisindəki karyerasını başa vurub

Benzema Fransa millisindəki karyerasını başa vurub

Futbol
Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Futbol
"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

Futbol
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Futbol
DÇ-2022: Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

Futbol
“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib