Qurban Qurbanov: "Şkendiya" ilə matçda çox güc sərf etməli olacağıq"

Qurban Qurbanov: "Şkendiya" ilə matçda çox güc sərf etməli olacağıq"

"Qarabağ" "Şkendiya" ilə matçda çox güc sərf etməli olacaq.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Bakıda Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. Döyüşkən kollektivdir. Sabah çox güc sərf etməli olacağıq. İntizamlı olmalıyıq. Azarkeşlər üçün maraqlı matç olacağına inanıram. Rəqib əvvəlki raundun hər iki görüşündə qalib gəlib. İlk qarşılaşmadan sonra da rəqiblə bağlı təəssüratlarım eynidir".

O, Kadi Borgesin çıxışı barədə danışıb:

"O, istəksiz deyil. Futbolçuların hamısı intizamlı oynamağa çalışırlar. Kadi daha çox texnikalı oyunçudur. Amma belə görüşlərdə rəqibi də nəzərə almaq lazımdır. Futbol artıq bir az fərqlidir. Top itkiləri artıb. Kadiyə də tapşırıqlar var idi. Səhvlər isə qaçılmazdır, həmişə olacaq. Kadidə daha yaxşı oynamaq potensialı var".

Qurbanov istənilən oyunçunun çatışmayan cəhətlərinin olduğunu söyləyib:

"Emmanuel Addaidə də nəzərəçarpan dəyişikliklər var. O, Azərbaycan yeməklərini dadandan sonra bir az rejimində dəyişiklik olub. Kiçik cərimələr də etmişəm. Gözümüz onların yeməyində deyil. Mən tərəfdən narazılıqlar olub. Artıq hər şey sabitləşib. Özüm də bu rejimdə olmuşam. Hər halda, buna ciddi problem deməzdim. Hər şey artıq daha yaxşıya doğru gedir".

Mütəxəssis ilk matçda top itkilərinin olduğunu vurğulayıb:

"Daha səliqəli oynaya bilərdik. Məşqlərdə bunun üzərində çalışdıq".

O, transfer siyasətinə də toxunub:

"Çox futbolçu transfer siyahımızdadır. Danışıq apardıqlarımız çoxdur".

Baş məşqçi pley-off mərhələsindəki potensial rəqibləri barədə də danışıb:

"Hansı komandanı istədiyimi desəm, düzgün olmaz. İlk növbədə sabahkı matçı düşünürük. Hər iki rəqib bizim üçün tanışdır".

O, “pley-off oyunlarına qədər yeni hücumçu gələcəkmi” sualını cavablandırıb:

“Nə qədər hücumçu transfer etmişik. Əksəriyyətində də yanılmamışıq. Yaxşı oyunçu gətirməyin həm üstün, həm də bizə zərbə vuran tərəfi var. 3-5 yaxşı oyunda özünü göstərir, təkliflər gəlir və oyunçunu itiririk. Hansısa kluba "yox" cavabı verəndə, futbolçunun əhvalı korlanır. Hücumçuları alıb, sonra satmışıq. Dino Ndlovunu, İbrahima Vacini, Juninyonu satdıq, Mahir Emreli getdi. Bunun həm yaxşı tərəfi var, digər tərədən isə bizə mane olur. Kollektiv formalaşdırırsan, oyun üslubu qurursan. Sabah birdən-birə oyunçunun əhvalı pozulur, problem yaşayırıq. Nəinki tək hücumçu, həm orta xətt, həm sol-sağ vinger, həm də müdafiə üçün oyunçu axtarırıq. Bir hücumçu gətirməklə dayanmayacağıq”.

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.

Futbol
Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Futbol
Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Futbol
Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Futbol
Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Futbol
"Zirə" klubunda yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni məşqçi təyin olunub

Futbol
İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

Futbol
Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Futbol
"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

Futbol
Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”

“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”

Futbol
Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar