Vaqif Sadıqov: "Qarabağ" bu gün sensasiyaya imkan verməyəcək"

Vaqif Sadıqov: "Qarabağ" bu gün sensasiyaya imkan verməyəcək"

"Qarabağ" bu gün sensasiyaya imkan verməyəcək.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan çempionunun bu gün Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Avrokuboklarda "Qarabağ"dan gözləntilər böyükdür. Komandanın cavab matçında da məzmunlu oyun göstərərək müsbət nəticə əldə edəcəyinə inanıram. Pley-offda da bizə tanış olan və daha əvvəl məğlub edə bildiyimiz kollektivlərdən biri ilə üz-üzə gələ bilərik. Bu rəqiblərlə qarşılaşmaya da ciddi hazırlaşmalı və Avropanın bir nömrəli turnirinin Liqa mərhələsinə yüksəlməliyik. Komandanın oyunu, futbolçuların potensialı və klubun təcrübəsi buna imkan verir".

V. Sadıqov Şimali Makedoniya təmsilçisinin zəif olmadığını söyləyib:

"Sensasiyanı ağlımıza gətirməyək. Hər bir rəqibə hörmətlə və ciddi yanaşmaq lazımdır. Avropada hamı futbol oynamağı bacarır. "Qarabağ"ın ilk matçda rahat qalibiyyət əldə etdiyini düşünməməliyik. Çempionumuz bunun üçün xeyli güc sərf edir. Məncə, komanda bu gün də hansısa sensasiyaya imkan verməyəcək. Klubun hədəfləri böyükdür. Bunun üçün yeni heyət də formalaşır. Məncə, komanda Çempionlar Liqasında yoluna davam edəcək".

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 1:0.

Futbol
"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

Futbol
Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Futbol
“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
Abdullah Zubir: "İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun"

Abdullah Zubir: "İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun"

Futbol
“Qalatasaray” 662 gündən sonra lider olub

“Qalatasaray” 662 gündən sonra lider olub

Futbol
Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Futbol
Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"