"Şamaxı" ilə oyunda əvəzlənməsini istəyən "Neftçi"nin futbolçusunun durumuna aydınlıq gəlib
Misli Premyer Liqasının I turunda "Şamaxı" ilə matçda əvəzlənən "Neftçi"nin futbolçusu Elvin Bədəlovun durumuna aydınlıq gəlib.
Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib.
O, müdafiəçinin zədəsinin olmadığını söyləyib:
"Sadəcə, soyuqdəymə nəticəsində halsızlığı var idi. Oyunda da çoxlu maye itkisi oldu deyə, halı pisləşdi və əvəzlənməyini istədi. Vəziyyətinə baxılıb qərar veriləcək".
Qeyd edək ki, Elvin Bədəlovu qarşılaşmanın 72-ci dəqiqəsində Falaye Sako əvəzləyib. Bakıda baş tutan oyun isə 1:1 hesabı ilə yekunlaşıb.

https://qalaba.az//uploads/photo/shamaxi-ile-oyunda-evezlenmesini-isteyen-neftchinin-futbolchusunun-durumuna-aydinliq-gelib.webp











