Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının A divizionunun oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ruslan Xalıqov karyerasında ilk dəfə 16 yaşadək qızlar arasında keçirilən Avropa çempionatının A divizionunun 1/4 final mərhələsinin oyununa təyinat alıb.
Bu barədə "QELEBE.AZ"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Ədalət təmsilçisi bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək İspaniya – Fransa matçını idarə edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/azerbaycanli-hakim-ilk-defe-avropa-chempionatinin-a-divizionunun-oyununa-teyinat-alib.webp











