Millimiz Monteneqroya məğlub olub

Millimiz Monteneqroya məğlub olub

Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Görüş Monteneqro millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın yeganə qolunu Samir Şərifov vurub.

Qeyd edək ki, ilk yoxlama görüşündə millimiz 1:0 hesabı ilə qalib gəlmişdi.