Erməni rəqibini məğlub edən Azərbaycan güləşçisi dünya çempionu olub

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

"Report" xəbər verir ki, yarışın altıncı günündə Ayxan Cavadov (60 kq) qızıl medal qazanıb.

Güləşçimiz finalda ermənistanlı Yurik Mxitaryanla qarşılaşıb. Fasiləyə 3:5 hesabıyla geridə yollanan Cavadov ikinci hissədə əzmkarlıq nümayiş etdirərək inamlı qələbə qazanıb – 12:5. Beləliklə, bu yarışda Ayxan ilk dünya çempionumuz olub. Ötən il U17 yaş qrupunda dünya və Avropa çempionu olan yunan-Roma güləşçimiz bu il eyni uğura U20 yaş qrupunda imza atıb.

Elmin Əliyev (82 kq) təsəlliverici görüşdə özbəkistanlı Azimcan Soatullayevə (0:8), Zəhra Kərimzadə (72 kq) isə rusiyalı U23 Avropa çempionu Kristina Bratçikovaya (tuş) məğlub olub.

Qeyd edək ki, DÇ-də medallarımızın sayı 6-ya çatıb. Daha öncə Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Fərdi
Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"