Beynəlxalq kursa qəbul olunan məşqçi: "Azərbaycanda basketbolun inkişafına faydalı olmaq istəyirəm"

Beynəlxalq kursa qəbul olunan məşqçi: "Azərbaycanda basketbolun inkişafına faydalı olmaq istəyirəm"

Macarıstan İdman Elmləri Universitetində təşkil olunan beynəlxalq məşqçilik kursuna qəbul olunan azərbaycanlı mütəxəssis Ləman İbrahimova ölkə basketbolunun inkişafına faydalı olmaq istəyir.

O, bu barədə "QELEBE.AZ"a açıqlama verib.

U-12 Liqasında "Ordu" klubunun baş məşqçisi olan, eyni zamanda Bakı Basketbol Akademiyasında çalışan mütəxəssis kursa qəbul olması ilə bağlı təəssüratlarını bölüşüb:

"Beynəlxalq məşqçilərdən təcrübə qazanmaq və özümü peşəkar mütəxəssis kimi daha da inkişaf etdirmək imkanı qazandığım üçün çox məmnunam. Vətənə dönərək ölkəmizdə basketbolun inkişafına faydalı olmaq istəyirəm".

Ləman İbrahimova karyerasındakı hədəflərindən də söz açıb:

"Ölkəmizin milli komandalarında məşqçi kimi fəaliyyət göstərmək istəyirəm. Həmçinin Azərbaycanda qadın basketbolunun inkişafına dəstək olmaq niyyətindəyəm".

Qeyd edək ki, Ləman İbrahimova adıçəkilən universitetdə kursa qəbul olunan ilk azərbaycanlı məşqçidir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır

Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib