PFL-in icraçı-direktoru UEFA tərəfindən təyinat alıb
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Qazaxıstan - Uels oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq.

https://qalaba.az//uploads/photo/pfl-in-icrachi-direktoru-uefa-terefinden-teyinat-alib.webp