Portuqaliya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Portuqaliyanın 21 yaşadək futbolçulardan ibarət komandasının heyəti bəlli olub.
Apasport.az xəbər verir ki, ölkənin futbol federasiyası AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun üçün iştirak ərizəsini açıqlayıb.
Qapıçılar: Andre Qomeş (“Alverka”), Dioqo Pinto (“Eştrela”), Joao Karvalyo (“Braqa”);
Müdafiəçilər: Dioqo Travassos (“Moreyrense”), Qabriel Braş (“Porto”), Qonsalu Oliveyra (“Benfika”), Joao Muniz (“Sportinq”), Xose Sampayo (“Vizela”), Leonardo Barroso (“Çikaqo Fayr”, ABŞ), Tiaqo Qabriel (“Leççe”, İtaliya), Tiaqo Parente (“Eştoril”);
Yarımmüdafiəçilər: Dario Essuqu(“Çelsi”, İngiltərə), Diogo Rodriqeş (“Braqa”), Qustavo Sa, Matias de Amorim (hər ikisi “Famalikao”), Mateus Fernandes (“Vest Hem”, İngiltərə);
Hücumçular: Afonso Moreira (“Lion”, Fransa), Karlos Forbes (“Brügge”, Belçika), Fabio Balde (“Hamburq”, Almaniya), Geovani Kenda (“Sportinq”), Qustavo Varela (“Jil Visente”), Rodriqo Mora (“Porto”), Rojer Fernandes (“Braqa”) və Vivaldo Semedo (“Uotford”, İngiltərə).

https://qalaba.az//uploads/photo/portuqaliya-millisinin-azerbaycanla-oyun-uchun-heyeti-achiqlandi.webp