Ceymi Vardinin yeni klubu müəyyənləşib

Ceymi Vardinin yeni klubu müəyyənləşib

"Lester Siti"dən ayrılan Ceymi Vardi karyerasını ilk dəfə ölkə xaricində davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, 38 yaşlı hücumçu "Kremoneze" ilə anlaşıb.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, forvardla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü "Lester"in heyətində meydana çıxdığı 500 matçda 200 qol, 71 assistlə yadda qalıb.