Mitroviç Qətər yolunda
"Əl-Hilal"da ayrılıq baş verəcək.
Apasport.az xəbər verir ki, Aleksandr Mitroviç komandanı tərk edəcək.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək.
Hücumçu karyerasını Qətərdə davam etdirəcək. O, "Əl-Rayyan"a transfer olunacaq.
Qeyd edək ki, "Əl-Hilal" Mitroviçi 2023-cü ilin yayında "Fulhem"dən transfer edib.

https://qalaba.az//uploads/photo/mitrovich-qeter-yolunda.webp