Emin Mahmudov: “Bizi ağır oyun gözləyir”

Emin Mahmudov: “Bizi ağır oyun gözləyir”

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz səfərdə İslandiya ilə qarşılaşacaq.

Apasportun Reykyavikə ezam olunan əməkdaşı xəbər verir ki, yığmamızın üzvü Emin Mahmudov qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Bizi ağır oyun gözləyir. Neçə gündü burdayıq. Hazırlaşmışıq. İnanıram ki, biz futbolçular məşqçimizin taktikasını yerinə yetirib yaxşı nəticə qazanacağıq". 

- Bir müddət idi millinin heyətindən kənar qalmışdın. Yığmadakı qol rekordu sabah yeniləyə bilərsən səncə? Bu barədə düşünümüsən? 
- Bu barədə çox düşünmürəm. Hər oyun bu sual verilir. Daha çox komandanı düşünürəm. İstəyərəm ki, komandaya xeyrim olsun, qələbə qazanaq.

- "Qarabağ"ın sabiq qapıçısı haldorzon bu gün açıqlama verib ki, Azərbaycanın şansı yoxdu. Yəqin xəbıriniz yoxdu. Bəlkə futbolçulara sən deyəsən bunu. 
- Məlumatımız yox idi, sağolun dediz. Bu bizə motivasiya olacaq. Onsuz da motivasiyamız yerindədi. Bu sözlər bizə xoş deyil. Ona görə çalışacağıq ki, sabah öz sözümüzü meydanda deyək.

- Kapitan sarğısını daşısan bu necə məsuliyyət olar? 
-