Boksçularımız “Eurasian Dauria cup”da mübarizə aparacaqlar
Bu gün Rusiyanın Çita şəhərində gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.
Apasport.az xəbər verir ki, 6 gün davam edəcək “Eurasian Dauria cup”da Azərbaycan millisi 2 idmançı ilə təmsil olunacaq.
Məşqçi Ceyhun Əbiyevin rəhbərliyi altında rinqə Nihat Qasımov (51 kq) və Vüsal Xəlilov (63,5 kq) çıxacaqlar.
Qeyd edək ki, yarışa ümumilikdə 150 boksçu qatılacaq.

https://qalaba.az//uploads/photo/bokschularimiz-eurasian-dauria-cupda-mubarize-aparacaqlar.webp