Karateçimiz "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb - FOTO
Azərbaycan idmançısı Rəşid Süleymanov (75 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, "Karate-1" A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir.

https://qalaba.az//uploads/photo/karatechimiz-quotkarate-1quot-a-seriya-turnirinde-burunc-medal-qazanib-foto.webp