“Neftçi”də növbəti ayrılıq - RƏSMİ

“Neftçi”də növbəti ayrılıq - RƏSMİ

“Neftçi” Ramil Şeydayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin yayında transfer olunan Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.

O, Bakı klubuna gələnə qədər “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo”(Moskva), “Sabah”, “Buriram Yunayted”, “Kocaelispor” klublarında oynayıb.