Rüfət Abdullazadənin komandası “Hayduk”u məğlub etdi
Xorvatiyada çempionatında VI turun oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” öz meydanında “Hayduk”la qarşılaşıb.
Komanda 2:0 hesabı ilə qalib gəlib.
Abdullazadə oyuna start heyətində başlayıb və fasilədən sonra hesab 2:0 olarkən əvəzlənib.
Qeyd edək ki, “Varajdin” 9 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

https://qalaba.az//uploads/photo/rufet-abdullazadenin-komandasi-hayduku-meglub-etdi.webp