Xabi Alonso “Real”ın tarixinə düşüb

Xabi Alonso “Real”ın tarixinə düşüb

Xabi Alonso La Liqada ilk 4 oyununu qalibiyyətlə başa vuran “Real Madrid”in baş məşqçilərindən biri olub.

QELEBE.AZ xəbər verir ki, bu gün madridlilər “Real Sosyedad” üzərində 2:1 hesablı qələbə qazanıblar.

Daha əvvəl komanda “Malyorka”nı (2:1), “Oviedo”nu (3:0) və “Osasuna”nı (1:0) məğlub edib.

“Real”ın başında La Liqada ilk dörd oyunda ardıcıl qələbə qazanan sonuncu çalışdırıcı 2009-cu ildə Manuel Pelleqrini idi.

Bu göstəriciyə daha əvvəl Vanderley Luşemburqo (2005), Enrike Fernandes (1953) və Xose Kirante (1929) də imza atmışdı.