“Quba”dan növbəti transfer
"Quba" növbəti transferini reallaşdırıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın növbəti transferi də ABŞ-dən olub. ABL-in iştirakçısı 2000-ci il təvəllüdlü hücumçu Amadou Traore ilə anlaşıb.
Nyu-Yorkdan olan olan Traore artıq "Quba"nın məşqlərinə qoşulub. Azərbaycana gələnə qədər isə Traore "University of Bridgeport" komandasının üzvü olub.

https://qalaba.az//uploads/photo/qubadan-novbeti-transfer.webp