Güləşçimiz DÇ-də 7-ci medalını qazanıb və yeni rekordçu olub
Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Eldəniz Əzizli (55 kq) bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb.
Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub. Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.

https://qalaba.az//uploads/photo/guleshchimiz-dch-de-7-ci-medalini-qazanib-ve-yeni-rekordchu-olub.webp