III MDB Oyunlarının biletləri satışda
III MDB Oyunlarının biletləri satışa çıxarılıb.
QELEBE.AZ xəbər verir ki, oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir.
Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/iii-mdb-oyunlarinin-biletleri-satishda.webp