Çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsinə qatılacaqlar

Çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsinə qatılacaqlar

Həftəsonu Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi keçiriləcək.

Apasport.az xəbər verir ki, bu il 4-cü dəfə təşkil ediləcək yarışda ölkəmizi Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcək.

Sentybarın 27-də təsnifat mərhələsi və qruplarda ilk iki turun görüşləri baş tutacaq. Bazar günü isə qruplarda son turun qarşılaşmaları, 1/4 final, yarımfinal və medallar uğrunda görüşlər keçiriləcək.

Mübarizə hər iki gün Bakı vaxtı ilə 11:00-da start götürəcək.