“Liverpul” mövsümdə ilk məğlubiyyətini aldı
İngiltərə Premyer Liqasının VI turu davam edir.
QELEBE.AZ xəbər verir ki, "Liverpul" "Kristal Pelas"ın qonağı olub.
Görüşün 9-cu dəqiqəsində İsmayıla Sarr hesabı açıb. 87-ci dəqiqədə Federiko Kyesa hesabı bərabərləşdirsə də, Eddi Nketia meydan sahiblərinə qələbə qazandırıb – 2:1.
Bununla da, "Liverpul" mövsümdə ilk məğlubiyyətini alıb.

https://qalaba.az//uploads/photo/liverpul-movsumde-ilk-meglubiyyetini-aldi.webp