III MDB Oyunları: Çövkən üzrə Azərbaycan millisi yarımfinalda
Bu gün Şəki Şəhər Stadionunda III MDB Oyunları çərçivəsində çövkən üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi bu gün Küveyt yığmasını 5:0 hesabı ilə məğlub edib.
Bununla da millimiz qrupu birinci yerdə başa vuraraq, yarımfinala yüksəldi.
Yığmamız yarımfinal oyununu oktyabrın 4-də keçirəcək.
Qeyd edək ki, çövkən üzrə turnirdə 6 komanda iştirak edir. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksəlirlər.

https://qalaba.az//uploads/photo/iii-mdb-oyunlari-chovken-uzre-azerbaycan-millisi-yarimfinalda.webp