Gənclər Liqası: “Qarabağ” böyük hesabla məğlub oldu - YENİLƏNİB
UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında da əsas mərhələnin II tur qarşılaşmaları keçirilir.
Apasport.az xəbər verir ki, yarışda təmsilçimiz "Qarabağ"ın U-19 komandası Bakıda meydana çıxıb.
Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gəlib.
Suraxanıda yerləşən "Azərsun Arena"da keçirilən matç saat 14:00-da başlayıb.
Oyunda sevinən tərəf qonaqlar olub. Görüş "Kopenhagen"in böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0.
UEFA Gənclər Liqası
II tur
14:00. “Qarabağ” U19 - “Kopenhagen” U19 0:5

https://qalaba.az//uploads/photo/gencler-liqasi-qarabag-boyuk-hesabla-meglub-oldu-yenilenib.webp