Həndbol üzrə Azərbaycan çempionatı: Favoritlər inamlı qələbə qazanıblar
Qadın həndbolçular arasında Azərbaycan çempionatında VII və VIII turun oyunları keçirilib.
"Report"un məlumatına görə, VII turun açılış matçında "U-16" və "Azəryol" komandaları üz-üzə gəliblər. "AHF Arena"da keçirilən görüşdə son ölkə çempionu rəqibini darmadağın edib - 51:13.
“Azərsu” - "Qarabağ” görüşündə də nominal qonaqlar inamlı qələbə qazanıblar - 59:12.
VIII turda da favoritlər rəqiblərinə qalib gəliblər. "Qarabağ" "Azərsu"nu 54:15, "Azəryol" "U-16"nı 50:17 hesabı ilə üstələyib.
Aktivinə 18-ci xalı yazdıran "Azəryol" çempionatın lideridir. "İdman Akademiyası" ilə “Qarabağ”ın hərəyə 12 xalı var. "Azərsu" 6 xalla 4-cüdür. "U-16" hələ də xal qazana bilməyib.
Qeyd edək ki, növbəti turun oyunları yanvarın 21-də olacaq.

https://qalaba.az//uploads/photo/hendbol-uzre-azerbaycan-chempionati-favoritler-inamli-qelebe-qazaniblar.webp











