III MDB Oyunları: Azərbaycanın çövkən yığması finalda

III MDB Oyunları: Azərbaycanın çövkən yığması finalda

III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal matçı baş tutub.
 
QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisi Qazaxıstana qalib gələrək (5:1) finala vəsiqə qazanıb.
 
Komandamızın finaldakı rəqibi bu gün keçiriləcək Qırğızıstan – Özbəkistan oyunundan sonra bəlli olacaq.
 
Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.