“Yunyated” “Liverpul”u məğlub etdi - 9 il sonra ilk dəfə

“Yunyated” “Liverpul”u məğlub etdi - 9 il sonra ilk dəfə

İngiltərə Premyer Liqasında VIII turun görüşləri davam edir.

QELEBE.AZ xəbər verir ki, günün son matçında "Mançester Yunayted" səfərdə "Liverpul"la qarşılaşıb.

Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "qırmızı şeytanlar" sonuncu dəfə 2016-cı ilin yanvar ayında Mersisayd təmsilçisini səfərdə məğlub etməyi bacarmışdı.