ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər

ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər

Çempionlar Liqasında Liqa mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Apasport.az xəbər verir ki, bu ada “Barselona”dan Fermin Lopes, PSV-dən Dennis Man, Dortmund “Borussiya”sından Feliks Nmeça və “Atletik”dən Qorka Quruseta namizəd göstərilib.

Fermin “Olimpiakos”la oyunda het-trik edib. Man “Napoli”yə, Nmeça “Kopenhagen”ə, Quruseta isə “Qarabağ”a iki qol vurub.