"Şəki" evdə NTD–ni məğlub edib

"Şəki" evdə NTD–ni məğlub edib

Azərbaycan Basketbol Liqasının IV turuna yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyununda "Şəki" evdə NTD ilə qarşılaşıb.

Şəki Olimpiya İdman Kompleksində baş tutan A qrupunun matçında meydan sahibləri qələbə qazanıb - 88:81.

Qeyd edək ki, əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81), "Abşeron Lions" "Neftçi"ni (100:95), "Naxçıvan" "Sərhədçi"ni (76:69) məğlub edib.