“Neftçi”dən azarkeşlərinə şad xəbər: KUBOK MATÇINA GİRİŞ PULSUZ OLACAQ
Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – MOİK matçına giriş pulsuz olacaq.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ödənişsiz biletləri yalnız "Neftçi"nin mobil tətbiqindən və ya "ağ-qaralar"ın rəsmi saytından onlayn şəkildə əldə etmək olar.
Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün "Forza" və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.
Stadionun kassasında isə bilet satışı olmayacaq.
Qeyd edək ki, "Palms Sports Arena"dakı "Neftçi" – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək

https://qalaba.az//uploads/photo/neftchiden-azarkeshlerine-shad-xeber-kubok-matchina-girish-pulsuz-olacaq.webp